Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, İlisu kəndi ərazisində Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə 1995-ci il təvəllüdlü, rayon sakini Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və “VAZ-2106”dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Göstərilən tibbi yardımlara baxmayaraq M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
“VAZ-21015” markalı avtomobilin sürücüsü Faiq Məmmədov polis əməkdaşıdır.
Telegram kanalımız