Polis onu axtarır   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Polis onu axtarır - Fotolar

Sosial

18 Noyabr 2021 10:38 991


Xaçmazda 17 yaşlı gənc itkin düşüb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, rayon sakini, 2004-cü il təvəllüdlü Famil Əşrəfov sentyabr ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. pizza mizza

F.Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli idman kurtkası və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!