Polis “Şah“ı cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

Polis “Şah“ı cərimələdi

Sosial

23 İyul 2021 15:57 1033


Ağcabədi Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında və fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Yunis” şadlıq sarayında təşkil edilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Şah” şadlıq sarayı və fərdi yaşayış evində keçirilən toy mərasimlərində isə qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.

Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!