Polşada rus casusu: Kreml heç nə bilmir

saytların hazırlanması

Evə çatdırılma

Polşada rus casusu: Kreml heç nə bilmir

Dünya

30 İyun 2023 14:16 684


Rusiyalı hokkeyçinin Varşavada casusluq ittihamı ilə saxlanmasının təfərrüatları hələlik məlum deyil.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Kremldə bunu Polşa hakimiyyətinin rusofob siyasətinin davamı hesab edirlər: pizza hut

“Əminəm ki, səfirliyimiz indi bütün bunları araşdırır və biz bəzi müfəssəl məlumatlar alacağıq. Baxmayaraq ki, əlbəttə, Polşa hakimiyyətinin tamamilə qəzəbli rusofob mövqeyinə görə Varşavada işləmək çox və çox çətindir. Ona görə də, təəssüf ki, hələlik daha ətraflı məlumatımız yoxdur".

Xatırladaq ki, 2021-ci ilin oktyabrından bu ölkədə olan və birinci liqa hokkey klubunda oynayan rusiyalı idmançı Polşada casusluq ittihamı ilə həbs edilib. Polşa xüsusi xidmət orqanları hesab edir ki, o, xarici kəşfiyyatın tapşırığı ilə mühüm infrastruktura dair məlumat toplayırmış.

Polşanın ədliyyə naziri və baş prokuroru Zbiqnev Ziobro rusiyalının saxlanması ilə bağlı tvit yazıb.

Nazirin sözlərinə görə, hokkeyçi Polşada ikinci güclü olan birinci xokkey liqasının Polşa klubunda çıxış edib. Varşava iddia edir ki, saxlanılan şəxs Rusiya Federasiyası üçün kəşfiyyat məlumatları toplayan şəbəkənin üzvü olub.

Şübhəlinin adı açıqlanmır.

Ölkə prokurorluğu izah edib ki, həmin şəxs iyunun 11-də saxlanılıb. Onu 10 ilə qədər həbs gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!