Polşadan Rusiya və Belarusa növbəti zərbə

saytların hazırlanması

Evə çatdırılma

Polşadan Rusiya və Belarusa növbəti zərbə

Dünya

27 May 2023 22:06 984


Polşa Daxili İşlər Nazirliyi və Administrasiyası Rusiya və Belarusda qeydiyyatda olan malların olduğu yük maşınlarının Polşa-Belarus sərhədindən keçirilməsini dayandırmaq niyyətindədir. 

Yenisabah.az xəbər verir ki, bu barədə cümə günü dərc olunan hökumətin fərman layihəsində qeyd edilib. 

“Belarus Respublikası və ya Rusiya Federasiyasının ərazisində qeydiyyatda olan yük avtomobilləri, traktorlar, qoşqular, o cümlədən yarımqoşqular üçün Belarus Respublikası ilə sərhəddən yükdaşımaları növbəti xəbərdarlıq edilənədək dayandırılır”, - deyə sənəddə bildirilir.  pizza mizza

Qərarın bu günlərdə imzalanacağı gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!