Prezident fərmanda dəyişiklik etdi: Nazirliyin bu səlahiyyəti ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Prezident fərmanda dəyişiklik etdi: Nazirliyin bu səlahiyyəti ləğv olundu

Sosial

23 Sentyabr 2021 16:10 1172


Prezident İlham Əliyev “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 29 yanvar 2019-cu il tarixli fərmanında dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, o cümlədən Böyükşor gölünün reabilitasiyası ilə bağlı icraçı qurumların siyahısından İqtisadiyyat Nazirliyi çıxarılıb.

Siyahıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC qalıb. Marqarita pizza

Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!