“Prezident ötən gün haqlı iradlar səsləndirib. Xüsusilə, nazirliyin bəzi sahələrdəki fəaliyyətsizliyi ilə bağlı fikirlər söyləyib. Bütün tapşırıqlar icra olunacaq”.
“Yeni Sabah” xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.
“Belə hallarla üzləşməmək üçün çalışacağıq”, - o əlavə edib. Pepperoni pizza
Nazir əlavə edib ki, Gədəbəyin Söyüdlü kəndində süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur. O, deyib ki, mövcud tullantı anbarının istismar 3 aydan çox olmadığı, həmçinin ikinci anbarının tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib:
“Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bu barədə Nazirlər Kabinetinə təklif veriləcək”.
Telegram kanalımız