Prezidentdən Rasim Əliyevlə bağlı sərəncam

Prezidentdən Rasim Əliyevlə bağlı sərəncam
İyul 15, 2019
Oxunma sayı: 177

Azərbaycan Prezidenti İlham Əliyev memar Rasim Əliyevlə bağlı sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan SSRİ əməkdar memarı, Dövlət mükafatı laureatı olan Rasim Əliyevin sabah 84 yaşı tamam olur.