Prezidentdən şəhid ailələri və qazilərlə bağlı mühüm sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən şəhid ailələri və qazilərlə bağlı mühüm sərəncam

Sosial

23 Sentyabr 2021 16:33 887


Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!