Prezidentin sədr təyin etdiyi Samir İdayətov kimdir? 

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin sədr təyin etdiyi Samir İdayətov kimdir? 

Sosial

19 İyul 2022 18:29 3041


Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Ayət oğlu İdayətov Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə sədr təyin olunub.

Qaynarinfo xəbər verir ki, Samir İdayətov 10 may 1980-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə əlavə ali təhsil alıb. 2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub.

2002-2017-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda şöbə müdiri, sədr işləyib. pizza sifarişi

2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə "Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu" ASC-də sədr müavini kimi çalışıb.

10.11.2021-ci ildən indiyə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyib.

Ailəlidir, 3 övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!