Prezidentin yeni təyin etdiyi 35 yaşlı nazir müavini haqda maraqlı məlumatlar
01 Avq 2020 14:36
16562

Prezidentin yeni təyin etdiyi 35 yaşlı nazir müavini haqda maraqlı məlumatlar

Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev işdən azad edilib.

Yenisabah.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərov nazir müavini təyin olunub.

Qeyd edək ki, S.Cəfərov 1985-ci ilin oktyabrın 28-də anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2012-ci ildə 2018-ci ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin köməkçisi vəzifəsində işləyib. Rus və ingilis dillərini bilir.

2018-ci ildən indiyədək KTN-nin Aparat rəhbəri vəzifəsində idi.  /Modern.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər