Prezident Vahid Hacıyevi Müşahidə Şurasının sədri təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Vahid Hacıyevi Müşahidə Şurasının sədri təyin etdi

Sosial

22 İyul 2022 15:15 1025


Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Yenisabah.az xəbər verir ki, sərəncamla “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri Dördpendirli pizza

Vahid Hacıyev – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri

Sahib Məmmədov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Vüqar Kərimov – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!