Prokurorluq Oğuzda meyiti tapılan uşaqla bağlı açıqlama yaydı
22 May 2020 18:52
222

Prokurorluq Oğuzda meyiti tapılan uşaqla bağlı açıqlama yaydı

Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il təvəllüdlü Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-si saat 09 radələrində yaşadığı evdən təxminən 2 km aralı meşəlik ərazidən keçən çayda aşkar edilib.

Oğuz Rayon Prokurorluğu və Oğuz Rayon Polis Şöbəsinin Yenisabah.az-a daxil olan birgə məlumatında bildirilib ki, dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb.

C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər