Putin homoseksuallardan danışdı: “Tanrım, sən onları bağışla...” 

saytların hazırlanması

Evə çatdırılma

Putin homoseksuallardan danışdı: “Tanrım, sən onları bağışla...” 

Dünya

21 Fevral 2023 16:14 1352


“Bir il əvvəl özümüzü müdafiə etmək üçün savaşa başlamışıq. 2014-dən başlayan torpaq problemini ilk dəfə sülh yolu ilə həll etmək istədik. Lakin Avropa və Amerika əks gedərək, Ukraynanı ciddi şəkildə silahlandırmağa başladı, buna görə də bizim üçün sülh dəftəri bağlandı”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində söyləyib.

Rusiya prezidentinin sözlərinə görə, o, Ukraynanın nüvə silahı hazırlamaq üçün cəhdlər etdiyini xatırlayır: Dördpendirli pizza

“Qərb dünyası “cini şüşədən çıxardı” və digər bölgələri xaosa itələdi. Onlar bu savaş üçün 150 milyard dollar pul ayırdılar. Bu ana qədər isə dünyada kasıb xalqlar üçün sadəcə 60 milyard dollar pul xərclənmişdi. Bölgədə savaşın yüksəlməsi və günahsızların ölməsinin səbəbkarları Qərb və Ukraynadır. Regional problemi dünya müharibəsinə çevirirlər. Rusiya buna qarşılıq verib və verəcək!.

Növbəti addımlarımız isə ordumuzu, donanmamızı daha da gücləndirmək olacaq. Hindistan, İran, Pakistan Rusiyanın yeni hörmətli ortaqlarıdır”.

Putin Qərb ictimaiyyətində populyarlaşan homoseksualizm mövzusuna da toxunub:

“Qərb dünyası namus, güvən və ədəb qaydalarına yaddır. Onlar başlarını itiriblər, üçüncü bir cinsiyyət yaratmağın dərdinə düşüblər. Qərbdə nələrin baş verdiyinə baxın. Pedofilliyi normallaşdırırlar və hətta dini rahiblər eynicinsli evliliyi belə təsdiqləyir. Tanrım, sən onları bağışla, onlar nə etdiklərini bilmirlər. Biz isə uca rus xalqını bu təhlükələrdən uzaq tutmağa sonuna qədər çalışacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!