Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinlə olan telefon danışığından söz açıb.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Consonun özü məlumat verib. O, əlavə edib ki, məlum telefon danışığı Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatlardan öncə baş tutub.
Eks-nazirin sözlərinə görə, o, Putinlə söhbətində Ukraynanın NATO-ya daxil olmayacağının sözünü verib. pizza
Consona görə, Putinin çox uzun və ən qeyri-adi telefon danışığında əməliyyatın başlanmasının yolverilməzliyi ilə bağlı xəbərdarlıqlarına cavab olaraq Britaniya Baş nazirində qorxu yaratmağa çalışıb:
“O, mənə söylədi ki, Boris, sən deyirsən ki, Ukrayna tezliklə NATO-ya daxil olmayacaq. Nə vaxtdan danışırsan? Mən isə cavabımda bildirdim ki, Ukrayna yaxın gələcəkdə NATO-ya daxil olmayacaq. Siz ki bunu çox gözəl bilirsiniz”, – eks-Baş nazir xatirələrini bölüşüb.
Conson əlavə edib ki, Putinlə söhbətində o, Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasının tam fəlakət olacağını, Qərbin Rusiyaya və NATO-ya qarşı sanksiyalarının Rusiya sərhədlərinə yaxınlaşmasına gətirib çıxaracağını açıqlayıb. Britaniyalı siyasətçinin fikrincə, Ukraynanın NATO-ya daxil olması ehtimalı az idi, çünki Fransa və Almaniya hər zaman buna qarşı çıxırdı.
Onun qeyd etdiyi telefon danışığı ötən il fevralın 2-də Böyük Britaniyanın Baş nazirinin Ukraynaya səfərindən sonra olub. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiyanın narahatlığına adekvat cavab vermək istəmədiyini bəyan edib. Kreml qeyd edib ki, ümumilikdə, Ukraynadaxili böhran və Rusiya Federasiyasının təhlükəsizliyinin təmin etmək üçün vəziyyət kontekstində kifayət qədər ətraflı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Conson və Putin arasında danışıqlardan sonra “Downing Street” ofisinin bəyanatında qeyd olunub ki, liderlər Ukraynada vəziyyətin pisləşməsinin heç kimin marağında olmadığı barədə razılığa gəliblər. Consonun Rusiyanın Ukrayna ərazisinə növbəti müdaxiləsinin faciəvi səhv hesablama olacağını ifadə etdiyi bir məqamda o, həmçinin, əlavə edib ki, NATO-nun “açıq qapı” siyasətinə uyğun olaraq, bütün Avropa demokratiyalarının NATO-ya üzv olmaq hüququna malik olduğunu və bu hüququn tamamilə tətbiq olunduğunu vurğulayıb.
Telegram kanalımız