Putin mühüm fərman imzaladı - Bu ölkələr...

saytların hazırlanması

Evə çatdırılma

Putin mühüm fərman imzaladı - Bu ölkələr...

Dünya

31 Dekabr 2022 14:31 891


Rusiya prezidenti Vladimir Putin qərb ölkələrinə Rusiyaya olan qaz borclarını xarici valyutada ödəməyə icazə verən fərman imzalayıb.

Rusiya lideri daha əvvəl “dost olmayan” Qərb ölkələrinin Rusiyaya qaz ödənişlərini rus valyutası olan rublla həyata keçirməsi haqqında fərman imzalamışdı.

Kremlin rəsmi saytında dərc edilən yeni fərmana görə, tədarükçülərin Rusiyaya müraciəti əsasında bankda xüsusi hesab açılacaq və tədarükçülər Rusiyaya ödənişlərini dollar və ya avro ilə ödəyə biləcəklər. Fərmanda yer alan başqa bir bəndə görə, “dost olmayan” ölkələrin qaz borcunu dollar və ya avro ilə ödəməsi Rusiya qazının yenidən bu ölkələrə daşınmağa başlayacağı anlamına gəlmir. Dördpendirli pizza

Qeyd edək ki, Rusiya liderinin “dost olmayan” Qərb ölkələrinin Rusiyaya qaz ödənişlərini rus valyutası ilə həyata keçirməsi haqqında qərarına əməl etməyən Hollandiya, Polşa, Bolqarıstan kimi ölkələrə qaz nəqli və qərb neft şirkətlərinə daşınmalar dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!