Rusiya prezidenti Vladimir Putinin planlarında Ukraynadakı vəziyyəti həll etmək üçün Roma Papasının elçisi olmuş kardinal Matteo Zuppi ilə hələ görüş yoxdur.
Yenisabah.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib: "Onun ilk olaraq Kiyevə getdiyini bilirik. Sonra sizə məlumat verəcəyik".
Vatikanın mətbuat xidməti bildirib ki, iyunun 5-6-da Zuppi Kiyevə səfər edəcək və ədalətli sülhə nail olmağın mümkün yolları ilə bağlı Ukrayna tərəfinin fikirlərini diqqətlə dinləyəcək.
Missiyanın məqsədi vasitəçilik deyil, gərginliyi azaltmaq cəhdidir.
Kardinal Rusiya tərəfi ilə də danışıqlar aparmağı planlaşdırır.
Peskov dəfələrlə bildirib ki, Kreml Papa Fransiskin sülhməramlı missiyasının təfərrüatlarını bilmir.
Telegram kanalımız