Putin, Tramp və Makron Qarabağla bağlı birgə bəyanat verib
01 Okt 2020 16:49
3812

Putin, Tramp və Makron Qarabağla bağlı birgə bəyanat verib

Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı birgə bəyanat yayıblar.

“Yeni Sabah” xəbər verir ki, liderlər bəyanatda tərəfləri atəşkəs rejimini, həmçinin şərt irəli sürmədən danışıqları bərpa etməyə çağırıblar.

V.Putin, D.Tramp və E.Makron döyüşlər nəticəsində ölənlərin yaxınlarına başsağlığı veriblər, yaralılara isə şəfa diləyiblər.

Qeyd edək ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləridir. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər