“Putindən bezib, Navalnıya kömək edirlər”  - Post-Putin dönəminə aktiv hazırlıq
23 Yan 2021 15:19
629

“Putindən bezib, Navalnıya kömək edirlər” - Post-Putin dönəminə aktiv hazırlıq

"Rusiyada bu il Dumaya seçki ilidir, çox maraqlı, hadisələrlə dolu bir il olacaq. Aydın görünür ki, siyasi, hərbi elitanın bir qismi Putindən bezib, Navalnıya kömək edirlər, onu Putinə qarşı "torpedoya" çevirirlər, "Çarın" evinin üzərində uçuşa qadağa bölgədə dronla çəkiliş etmək, bir çox məsələlərlə bağlı dəqiq məlumatları əldə etmək təsadüf deyil. Bundan sonra VVP yə qarşı yeni kompromatlar ötürüləcək, yeni sensasiyaların şahidi olacağıq".

Yenisabah.az xəbər verir ki, bunu REAL partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli deyib.

"Artıq gənc nəsil də yetişib ki, onlar Rusiyanı başqa cür görürlər, onlar daha çox Avropalıdırlar, Putin rejimi sıxdıqca bu əks-effekt verir.

Navalnı artıq şəxs deyil, obrazdı, alətdi, simvoldu, onun seçkiyə əsaslanmış dəyişiklik taktikası çox doğrudur. Əslində post-sovet məkanı üçün də örnəkdir. İstənilən halda seçkini boykot etmək ən mənasız iş olduğu bir daha sübut olundu.

Rusiyada post-Putin dönəminə aktiv hazırlıq gedir, biz də bunu anlamalı, daxili və xarici siyasətdə bu amili nəzərə almalıyıq. Kremldə kimin oturmağından asılı olmayaraq Şimaldan təhlükələr həmişə olacaq - deməli, daha güclü, daha dayanıqlı, daha demokratik olmağa borcluyuq ki, təhlükələri önləyə bilək...", - deyə N.Cəfərli əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər