Putinin sözçüsündən növbəti Qarabağ  AÇIQLAMASI
27 Noy 2020 14:58
1614

Putinin sözçüsündən növbəti Qarabağ AÇIQLAMASI

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə və Ermənistanın Baş naziri Nikol Paşinyanla mütəmadı telefon əlaqəsi saxlayır.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bütün beynəlxalq danışıqlar barədə rəsmi məlumat vermirik”, - deyə o əlavə edib.

Peskov bildirib ki, Putinin özünün də qeyd etdiyi kimi Qarabağ münaqişəsinin nizamlanması prosesində o Azərbaycan və Ermənistan rəhbərləri ilə intensiv surətdə telefon əlaqəsi saxlayır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər