Qadını zorlayıb sonra eyvandan atdılar  - Dəhşətli cinayətin təfərrüatı 
06 Apr 2020 13:53
647

Qadını zorlayıb sonra eyvandan atdılar - Dəhşətli cinayətin təfərrüatı 

Kirayə yaşadığı mənzildə qadını zorlayıb öldürən Zeynukov Samir Nərimanoviç Ali Məhkəməyə işin yenidən araşdırılmasını və barəsində çıxarılan hökmün dəyişdirilməsi ilə bağlı kassasiya şikayəti verib

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə 19 il azadlıdan məhrum edilən Samir Zeynikovun məhkəmə prosesinə Ali Məhkəməsinin hakimi Tahir Kazımov sədrlik edəcək. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəhşətli hadisəni törətmiş Dimitriy Razumniy 18 il və Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb. Onlar qadın tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. Qadını döyüb və sonra təcavüz ediblər. Qadın bu səbəbdən ölüb. Daha sonra dostlar birlikdə qadının meyitini evin eyvanından həyətə atıblar. Yelena Sandrandinovanın meyitini qonşular aşkarlayıblar. 

Azər İsrafilov

Oxşar xəbərlər