"Biz gələcəyə baxmalı, İran və Rusiya arasında 25 illik strateji müqaviləni ən qısa zamanda həyata keçirməliyik".
Yemnisabah.az "Khaneh Mellat"a istinadla xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf deyib.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Volodinlə görüşdə o bildirib ki, 2023-cü ildə parlamentlər arasında əlaqələr, eləcə də digər strateji sahələrdə əməkdaşlıq daha da güclənəcək. Dominos pizza
Qalibaf vurğulayıb: "Hazırda yeni fürsətlər və təhlükələr yaranır. Fürsətlərdən maksimum istifadəni təmin edən bir yol var. Biz gələcəyə baxmalıyıq, İran və Rusiya arasında strateji razılaşma nəzərə alınmalıdır. 25 illik müqaviləni ən qısa zamanda həyata keçirməliyik".
Telegram kanalımız