Qanunsuz ağac kəsiminə görə cinayət işi başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ağac kəsiminə görə cinayət işi başlanıldı

Sosial

16 Noyabr 2021 10:33 541


Bərdə rayonunda qanunsuz ağac kəsən şəxslər aşkar edilib.

Yenisabah.az xəbər verir ki, rayonunun Xanərəb kəndi ərazisində qovaq ağaclarının kəsilərək məhv edilməsi barədə ETSN-in 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rayon prokurorluğuna daxil olub.

Araşdırma ilə müəyyən edilib ki, qeyd edilən ərazidə 58 ədəd qovaq ağacı kəsilərək məhv edilmiş və nəticədə təbiətə 12 min 590 manat məbləğində ziyanın dəyib. Sezar pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.1 (qanunsuz ağac kəsmə təkrar törədildikdə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

İstintaq hərəkətləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!