Qanunsuz kömür istehsal edənlər aşkarlandı 

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz kömür istehsal edənlər aşkarlandı 

Sosial

10 Aprel 2023 12:25 520


Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, İsmayıllı, Şəki və Göygöl rayonları ərazisində, vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar olunub. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu, Rustov kənd sakini Samir Məhərrəmov, İsmayıllı rayonu, Minkə kənd sakinləri Allahverdi Mahmudov, Fərid Müseyibli, Şəki rayonu, Baş Zəyzid kənd sakini Fizuli Nəsrullayev və Göygöl rayonu, Əzgilli kənd sakini Elmar Verdiyev  olduğu müəyyən edilib.

“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.  Dördpendirli pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!