Qanunsuz ov edən ərəblər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edən ərəblər cərimələndi

Sosial

04 Noyabr 2021 12:45 686


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən şəxslər saxlanılıb.

Yenisabah.az-ın məlumatına görə, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, təqsirkarların 99-SA-024 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz ov alətləri aşkar edilib.

“Araşdırma zamanı qanunsuz ov edənlərin Səudiyyə Ərəbistanı vətəndaşları Aldarwish Omar, Alqadhan Mohammed, Alawjan Saad və Azərbaycan vətəndaşı Adil Zülfüqarov olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilərək təqsirkarlar ümumilikdə 7000 manat məbləğində cərimə olunub”. Dominos pizza

Xidmət rəisi xarici ölkə vətəndaşları barəsində qanunamüvafiq tədbir görülməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məktub hazırlandığını bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!