Qanunsuz ov edən şəxslər cəzalandırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edən şəxslər cəzalandırıldı 

Sosial

03 Aprel 2023 17:14 560


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında və Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakinləri Rahib Ağayev, Nəcəfqulu Həsənov, Rüstəm Balaağazadə, Samir Əliyev, Sabirabad rayon sakini Əfqan Hüseynov və Şirvan şəhər sakini Pərviz Ağayev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. 

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!