Qanunsuz ov edənlər cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edənlər cəzalandırıldı

Sosial

21 Yanvar 2022 10:07 446


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Şabran rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Sabir Əliyev, Şabran şəhər sakinləri Fizuli Xudaverdiyev, Fizuli Quliyev və Elmar Babayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

O qeyd edib ki, eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bakı şəhər sakinləri Rəsul Məmmədov, Mahmud Əliyev, Bəydəmir Məmmədov, Hüseyn Sultanov və Ağcabədi rayon sakini Xəqani Abdullayev saxlanılıb: "Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb". pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!