Qanunsuz ov edənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ov edənlər saxlanıldı

Sosial

15 Dekabr 2021 11:43 488


Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Taxtakörpü ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Laçın rayon sakini Kamil Süleymanov, Sabirabad rayon sakinləri Elçin Yusifov və Vasif Cavadov saxlanılıblar. Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşu aşkar edilib.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!