Qar yağacaq, yollar buz bağlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Qar yağacaq, yollar buz bağlayacaq

Sosial

09 Mart 2024 12:42 563


Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. 

Bu barədə "Yeni Sabah"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.  Pepperoni pizza

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 10°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. 

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!