Qarabağ və Şərqi Zəngəzurda daha 86 sakinə biznes dəstəyi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ və Şərqi Zəngəzurda daha 86 sakinə biznes dəstəyi

İqtisadiyyat

17 Sentyabr 2026 15:25 87


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan sakinlərin məşğulluğunun təminatını davam etdirir.

“Yeni Sabah” xəbər verir ki, özünüməşğulluq proqramı çərçivəsində Ağdərə, Ağdam, Xocalı, Xocavənd, Laçın və Zəngilan rayonlarında yaşayan daha 86 şəxsə istehsalat aktivləri - zəruri mal və materiallar təqdim olunub.

Sakinlər ayrılan dövlət dəstəyi hesabına qoyunçuluq, keçiçilik və arıçılıq sahələri üzrə öz fərdi təsərrüfatlarını və kiçik ailə bizneslərini qurublar. Dövlətin yaratdığı imkanlardan bəhrələnən proqram iştirakçıları təsərrüfatlarını gələcəkdə daha da genişləndirmək niyyətindədirlər. Toyuqlu pizza

Xatırladaq ki, indiyədək azad olunmuş torpaqlarımıza köçürülmüş sakinlərdən ümumilikdə 1048 nəfəri özünüməşğulluq proqramı xətti ilə öz kiçik ailə biznesini yaratmağa nail olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!