“Qarabağda daha erməni qalmayacaq” - Surenyants

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağda daha erməni qalmayacaq” - Surenyants

Siyasət

21 Avqust 2023 20:30 5905


Ermənistan cəmiyyətində baş verən xaotik vəziyyət səngimək bilmir və düşmən ölkənin siyasi dairələrində çəkişmə davam edir. Ermənistanın üzləşdiyi böhranda bir-birilərini ittiham edənlər daha çox baş naziri günahlandırırlar.

Erməni politoloq Suren Surenyants özünün Teleqram kanalında ölkəsinin başına açılan oyunlardan narahat olduğunu deyib:

“Dövlətçiliyin süqutu belə baş verir. Qarabağ dövlət qurumu kimi beynəlxalq siyasətdə praktiki olaraq mövcud deyil və Qarabağ erməniləri həll yolları axtarmaq əvəzinə toqquşmalara səbəb ola biləcək daxili çəkişmələrlə məşğuldur”.

O, sülh gündəliyində Rusiyaya aid edilən təkliflərə də toxunub və qeyd edib ki, ruslar Qarabağın müstəqilliyi, hətta siyasi muxtariyyətini belə nəzərdə tutmurlar.

“Orada bələdiyyə və mədəni muxtariyyətin yalnız zəif komponentləri var. Lakin Rusiyanın təklifləri qüvvələr balansına əsaslanır. Amma güman etmirəm ki, bundan sonra kimsə bizə daha yaxşı təklif versin. Zaman da əleyhimizə işləyir. Üç aydan sonra bizə ən pis təklif gələcək, ya da heç onu da etməyəcəklər. Ehtimal ki, həmin müddətə qədər Qarabağda daha erməni qalmayacaq”, – deyə erməni politoloq bildirib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!