“Qarabağ”la səfər matçına bilet satışı dayandırılıb.
“Yeni Sabah” xəbər verir ki, UEFA Bolqarıstanın SSKA klubunun azarkeşləri ilə bağlı intizam araşdırmasına başlayıb.
Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab oyununda “Derri Siti” ilə matç zamanı SSKA azarkeşləri ilə rəqib fanatlar arasında dava yaranıb. Dördpendirli pizza
İntizam işi yekunlaşana qədər Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyuna SSKA azarkeşləri üçün bilet satılmaması tövsiyə edilib.
SSKA eyni zamanda azarkeşlərini təmkinli olmağa çağırıb, aqressiv davranışları, xuliqanlıq, irqçi və ayrı-seçkilik xarakterli hərəkətləri qəti şəkildə pislədiyini bildirib.
“Qarabağ” – SSKA matçı iyulun 23-də Bakıda keçiriləcək.
Telegram kanalımız