Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkə prezidenti Salome Zurabişvilini Konstitusiyanı kobud şəkildə pozmaqda ittiham edib.
Yenisabah.az xəbər verir ki, o, hökumətin iclasında deyib: "Konstitusiyamızda yazılıb ki, xarici və daxili siyasəti Gürcüstan hökuməti həyata keçirir və o, bəzi hallarda prezidentə bu funksiyanı yerinə yetirməyi tapşıra bilər. Prezident Avropaya səfəri ilə hökumətlə koordinasiya etmədən, aparıb və konstitusiyanı kobud şəkildə pozub”.
Qaribaşvilinin sözlərinə görə, 1 ay əvvəl Zurabişvili Avropa ölkələrinə səfərləri ilə bağlı hökumətə müraciət edib, lakin ona rədd cavabı verilib. pizza sifarişi
"Prezidentdən imtina ilə bağlı əsaslandırmamıza aydınlıq gətirmək istəyirəm. Bir neçə ay əvvəl Zurabişvili açıq şəkildə bəyan etmişdi ki, Gürcüstan rəhbərliyi Aİ-yə üzvlük statusunun alınması ilə bağlı öhdəliklərini yerinə yetirmir. O bildirib ki, ötən il Gürcüstan bunu almağa layiq deyil. Bu cür bəyanatlardan sonra hər hansı səlahiyyətləri prezidentə vermək düzgün olmazdı”.
Baş nazir qeyd edib ki, o, hakim “Gürcü arzusu” partiyasının prezidentə qarşı impiçment prosesinin başlanması ilə bağlı qəbul etdiyi qərarı dəstəkləyir. İmpiçment qərarı tamamilə haqlıdır.
Telegram kanalımız