Qarlı, yağışlı hava bu tarixədək davam edəcək 

saytların hazırlanması

Evə çatdırılma

Qarlı, yağışlı hava bu tarixədək davam edəcək 

Sosial

13 Yanvar 2024 09:24 775


Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 09:00-a olan məlumatına görə, əvvəlcədən xəbər verildiyi kimi, ayın 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. 

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək, Mingəçevirdə 25 m/s, Naftalanda 22 m/s, Goranboyda 19 m/s, Lerik, Tərtərdə 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrə çatıb.  pizza

Qar örtüyünün hündlüyü Qaxda (Sarıbaş) 12 sm, Qrızda 10 sm, Göygöl, Şəkidə (Kişçay) 7 sm, Gədəbəydə 6 sm, Altıağacda 3 sm, Qubada 2 sm, Xaltan, Qusarda 1 sm olub. 

Şahbuz, Balakən, Daşkəsən, Qəbələ, Göygöl, Şamaxı, Göyçay, Qrızda isə duman müşahidə olunub. 

Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!