Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Qazaxda 20 yaşlı gənci avtomobil vurdu
04 İyl 2021 20:16
399

Qazaxda 20 yaşlı gənci avtomobil vurdu

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Abdullayev Nəzər Şahin oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, piyadanı avtomobillə vuran sürücünün də qəzadan sonra halı pisləşib.

Faktla bağlı araşdırma aparılır./APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər