Gəncə şəhərinin bəzi ərazilərində qaz təchizatı məhdudlaşdırılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, şəhərin Avtovağzal ərazisinə yaxın hissəsində yerləşən tunelin içərisində yüksək gərginlikli elektrik naqillərində və üzərində olan şitdə sentyabrın 12-də yanğın baş verdiyindən texniki təhlükəsizlik tədbiri olaraq "Avtozavod", "Sənaye" və "Şəhər-1" orta təzyiqli qaz xətlərindən qaz təchizatı məhdudlaşdırılıb. pizza hut
Tuneldə yanğın söndürüldükdən sonra hadisə şəraitinin qiymətləndirilməsi və qaz təchizatının bərpası üçün lazım olan maddi-texniki və əmək resursları hadisə yerinə cəlb olunacaq.
Telegram kanalımız