“Qəbir yerini 8-5 min manata deyir,  bazardır?“ - Aktyor OD PÜSKÜRDÜ

saytların hazırlanması

Evə çatdırılma

“Qəbir yerini 8-5 min manata deyir,  bazardır?“ - Aktyor OD PÜSKÜRDÜ

Sosial

25 Fevral 2024 13:26 2177


"Çılpaq" filmini çəkdim və orada da məni cəmiyyətdə narahat edən bir problemi lentə aldım. Bizdə xüsusən Bakı və Abşeron ərazisindəki qəbiristanlıqdakı yerlərin pulla satılması idi. Hər qəbiristanlıqda qiymətin olması məni çox narahat edirdi. Filmim birbaşa bununla bağlı idi".

Bu sözləri aktyor-rejissor Hikmət Rəhimov "Göstərir radio" proqramında deyib.

O, qəbir yerlərinin pulla satılmasına bu yolla etiraz etdiyini bildirib: pizza mizza

"Çox qəribə hadisələrlə rastlaşdım. Məsələn, gəlirsən qəbiristanlığa və deyirsən ki, ölüm var, dəfn etmək istəyirəm. Baxır və deyir ki, "8-5 min manat". Bu qiyməti kim və nəyə əsasən tərtib edib? Qara gödəkcədə, papaqda çıxmısan insanların qarşısına və bu qiyməti deyirsən. Bazardır, yoxsa alverdir? Mən bunu bədii şəkildə filmə gətirdim. Çox təəssüf ki, ekran işi böyük ictimaiyyətə göstərilmədi. Mən də qərara aldım ki, bunu festivallarda nümayiş etdirim". (Axşam.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!