Qərb Ukraynaya 100 milyardlıq silah verib - Gerasimov

saytların hazırlanması

Evə çatdırılma

Qərb Ukraynaya 100 milyardlıq silah verib - Gerasimov

Dünya

22 Dekabr 2022 17:42 731


Rusiya Federasiyası Ukraynanın Qərb ölkələrindən aldığı yardımın həcmini 100 milyard dollar həcmində qiymətləndirir.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

O deyib: "Bu gün ABŞ və onun müttəfiqləri münaqişənin uzanması üçün Kiyevə hərbi yardımın həcmini ardıcıl olaraq artırırlar. Ukraynaya xarici maliyyə yardımının ümumi həcmi təxminən 100 milyard dollar təşkil edib". pizza mizza

Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, Polşa və Rumıniya silah tədarükünə ən böyük töhfə verir:

“Ümumən "xüsusi hərbi əməliyyat" başlayandan bəri Qərb ölkələri Kiyevə 4 təyyarə, 30-dan çox helikopter, 350-dən çox tank, 1000-ə yaxın ZDM, ən azı 800 zirehli texnika verib. Habelə 700-ə qədər artilleriya sistemi, 100 MLRS bölməsi, 130 min tank əleyhinə silah, 5300-dən çox MANPADS portativ hava hücumundan müdafiə sistemləri və ən azı 5000 PUA".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!