Qətərli nazir siyasi qalmaqal hədəfi oldu

saytların hazırlanması

Evə çatdırılma

Qətərli nazir siyasi qalmaqal hədəfi oldu

Dünya

20 Yanvar 2023 15:16 726


“Bu gün avropalılar Rusiya qazına heç vaxt ehtiyaclı olmayacaqları deyirlər. Hamımız unutmağı və bağışlamağı bacarırıq. Zənnimcə, zaman keçdikcə hər şey yerinə qayıdacaq”.

Yenisabah.az BI-yə istinadla xəbər verir ki, bunu Abu Dabidə keçirilən Enerji Forumunda Qətərin energetika naziri Əl-Kaabi deyib.

O əlavə edib: “Ümid edirəm ki, tarazlığa hansısa vasitəçilik, yaxud barışıq və ya hansısa siyasi həll yolu ilə nail olunacaq. Rusiya və Avropa bunu nail olacaq. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Məncə, bu müharibə və bu vəziyyət əbədi davam etməyəcək". Marqarita pizza

Bu sözlərlərə siyasi qalmaqal yaratmış Əl-Kaabi sonda bildirib: “Mənim nöqteyi-nəzərimdən Rusiya qazı Avropaya qayıdacaq”.

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Ali-Sani həmkarının sözlərinə düzəliş verməli olub. O bildirib ki, bu, əslində, ölkənin rəsmi mövqeyi deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!