“Təkcə ölüm hökmü ilə qətllərin qarşısı alına bilməz”.
Bunu Yenisabah.az-a açıqlamasında Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə bildirib.
O, Azərbaycanda son vaxtalr artan qətliamlara görə cəzanın ağırlaşdırılması təklifini şərh edib. Sezar pizza
Xatırladaq ki, bir müddət əvvəl Xalq artisti Əbdül Mahmudbəyov güllələnmə hökmünün bərpa etmək təklifi səsləndirib və bu təklif xeyli müzakirələrə səbəb olub.
Bəhram Bağırzadə məsələnin təkcə ölüm hökmünün bərpası ilə deyil, kompleks şəkildə həll edilməli olduğunu bildirib:
“Mən hüquqşünas deyiləm, dəqiq həll yolunu deyə bilmirəm, amma onu bilirəm ki, mütləq nə isə etmək lazımdır. Ölkədə son vaxtlar cinayət hadisələri hədsiz artıb. Bəlkə də qanunları dəyişdirmək, daha da sərtləşdirmək lazımdır. Dini məktəblərə gətirmək lazımdır, valideynlərin tərbiyəsi ilə məşğul olmaq lazımdır ki, belə ağır nəticələrə gəlib çıxmayaq. Amma məhz “ölüm hökmü bərpa olunsun”la iş bitmir. Dövlətin müdrik insanları var, onlara bu məsələdə bir həll yolu tapmalıdırlar. Yüz faiz bilirəm ki, bu hallar biabırçılıqdır, allahsızlıqdır, tərbiyəsizlikdir. Müsəlman ölkəsində, Allahı tanıyan, mədəni millətin üzvləri bu gün qadınlara əl qaldırır, qətllər törədir. 21-ci əsrdə ölkədə bu qədər ölümün olması biabırçılıqdır. Amma məsələyə təkcə ölüm hökmünün bərpası ilə yox, kompleks şəkildə yanaşılmalıdır. Mənə elə gəlir ki, Ağsaqqallar Şurası bu məsələni müzakirəyə çıxarılmalıdır”.
Əsmətxanım
Telegram kanalımız