Qəzada ölən qız deputatın tələbəsi imiş...

saytların hazırlanması

Evə çatdırılma

Qəzada ölən qız deputatın tələbəsi imiş...

Sosial

03 Aprel 2022 19:56 816


"Dünən xəbər saytlarında Aysel Cəfərzadə adlı tələbə qızın avtomobil qəzasında həlak olması barədə məlumat verildi. O mənim dərs dediyim qrupun tələbəsi Aysel Cəfərzadədir". 

Yenisabah.az xəbər verir ki, bu sözləri deputat Aydın Mirzəzadə sosial şəbəkə hesabında yazıb.

O, qəzada həlak olan qızın müəllimi olduğunu, Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisasının lll kursunda təhsil aldığını vurğulayıb:  pizza mizza

"Çox ağıllı, çox bilikli, mədəni qız idi. Heç zaman dərsdən qalmazdı, həmişə məşğələlərdə cavablarına görə maksimum 10 bal alırdı. Aysel nümunəvi tələbə kimi heç zaman yadımdan çıxmayacaq. Göyçaya atasına zəng edib, başsağlığı verdim. O ailənin böyük övladı idi, özündən balaca qardaşı var. Allah rəhmət eləsin".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Aysel Cəfərzadə ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!