Qırğızıstanda dövlət dili ilə bağlı qanun qəbul edildi

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstanda dövlət dili ilə bağlı qanun qəbul edildi

Dünya

21 Yanvar 2023 15:13 999


Qırğızıstanın parlamenti “Qırğız Respublikasının dövlət dili haqqında” konstitusiya qanununu birinci oxunuşda qəbul edib.

Yenisabah.az “AzadlıqRadiosu”nun qırğız xidmətinə istinadla xəbər verir ki, 90 deputatdan 75-i dövlət qurumlarının işgüzarlığında qırğız və rus dillərinin statusunu müəyyən edən qanunun lehinə səs verib.

Belə ki, əgər qanun qəbul olunarsa, dövlət orqanlarının işi, seçki və referendumların hazırlanması, məhkəmə prosesi və müdafiə, beynəlxalq müqavilələr, coğrafi adlar, notariat, eləcə də təhsil, elm, mədəniyyət və media (xüsusən televiziya və radio yayımında) qırğız dilinin istifadəsi məcburi olacaq. Eyni zamanda bəzi hallarda rus dilinə tərcümə də təmin ediləcək. pizza sifarişi

Xatırladaq ki, 2022-ci ilin sonunda bütün bu dəyişikliklərlə bağlı çağırış respublika prezidenti Sadır Japarov tərəfindən səsləndirilib.

“Dövlət dilinin inkişafı dövlət idarələrinin fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilməlidir. Biz şərait yaratmalıyıq ki, ölkə vətəndaşları dövlət dilində sərbəst danışa və yaza bilsinlər. Respublikada 100-dən çox etnik qrupun nümayəndəsi yaşayır, dövlət dili birləşmənin əsasına çevrilməlidir”, – o, vurğulayıb.

Prezident bildirib ki, qırğız dili varkən sənədləri rus dilində aparmaq düzgün deyil.

Qeyd edək ki, mövcud qaydalara görə, rus dilindən istifadə hər yerdə mümkündür. Qırğızıstan postsovet məkanında rus dilinin statusunun Konstitusiyada təsbit edildiyi azsaylı ölkələrdən biridir (bu barədə Qazaxıstan, Moldova və Tacikistanın Əsas Qanunlarında da qeyd olunur). Respublikada qırğız dilinə dövlət dili statusu verilir, rus dili rəsmi dil kimi tanınır. Üstəlik, yeni qanun layihəsi bu iki statusu təsdiqləyir. Japarovun sözlərinə görə, rus dili rəsmi olaraq qalmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!