9 Avqust - 05:51
“Qızıl top“a Messi deyil, Levandovski layiq idi“  - İbrahimoviç

“Qızıl top“a Messi deyil, Levandovski layiq idi“ - İbrahimoviç

İdman

01 Dekabr 2021 17:33 472


“Milan”ın hücumçusu Zlatan İbrahimoviç PSJ-nin futbolçusu Lionel Messinin növbəti dəfə “Qızıl top” mükafatını qazanmasına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, isveçli oyunçu “Corriere della Sera”ya açıqlamasında bu mükafata “Bavariya”nın hücumçusu Robert Levandovskinin daha layiq olduğunu deyib: “Messi futbolla yaşayır. Ancaq bu il “Qızıl top”u qazanmağa Levandovski layiq idi”.

40 yaşlı forvard Messi ilə Kriştiano Ronaldonu da müqayisə edib: “Hər ikisi çox güclüdür. Mən Messi deyərdim. Çünki onunla bir komandada oynamışam”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!