“Qızları zəhərləyənlərə əfv olmayacaq“ - Xamnəi

saytların hazırlanması

Evə çatdırılma

“Qızları zəhərləyənlərə əfv olmayacaq“ - Xamnəi

Dünya

06 Mart 2023 13:52 585


İranın Ali dini lideri Ayətullah Xamnəi son həftələrdə ölkədə geniş yayılmış məktəbli və tələbə qızların kütləvi zəhələnməsi barədə danışıb.

Yenisabah.az "Khamenei.ir"ə istinadla xəbər verir ki, o, rəsmilər, kəşfiyyat və hüquq-mühafizə orqanlarının məsələyə böyük ciddiyyətlə yanaşmalı olduğunu vurğulayıb.

O bildirib: "Bu, böyük və bağışlanmaz cinayətdir və bu cinayətdə iştirak edən hansısa qrup varsa, təqsirkarlar ciddi şəkildə cəzalandırılmalıdır". Pepperoni pizza

Ayətullah Xamnəi bu məsələni cəmiyyətin ən məsum ünsürlərinə, yəni uşaqlara qarşı törədilən, eyni zamanda cəmiyyətdə psixoloji etibarsızlıq və ailələri narahat edən bir cinayət kimi qiymətləndirib.

O qeyd edib: "Hər kəs bilməlidir ki, əgər kimsə cinayətkar kimi tanınıb mühakimə olunursa, bu cinayəti törədənlər üçün əfv olmayacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!