Qobuda şəhid Əli Əliyevin il mərasimi keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qobuda şəhid Əli Əliyevin il mərasimi keçirildi - Fotolar

Sosial

03 Noyabr 2021 17:46 892


Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canını vətəninə qurban verən əsgər Əliyev Əli Ələsgər oğlunun il mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, Qobu qəsəbəsində keçirilən il mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin rəisi Ruslan Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Abşeron Polis İdarəsi rəisinin köməkçisi Elnur Zeynalov, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Şəhid Əli Əliyevin əvvəllər yaşadığı Qobu qəsəbəsinə gedilərək ailə üzvləri ilə görüşülüb. Marqarita pizza

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.

RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıblar.

Allah bütün şəhidlərimizi rəhmət eləsin. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!