Qobusatanda güclü toz duman var

saytların hazırlanması

Evə çatdırılma

Qobusatanda güclü toz duman var

Sosial

04 Aprel 2022 13:05 912


Hazırda ölkə ərazisində mövcud olan güclü külək səbəbindən Qobustan rayonu ərazisində toz-dumanı müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, qərb küləyinin sürəti Naftalanda 32 m/s, Gəncədə 24 m/s, Ağdam, Tərtərdə 22 m/s, Bərdədə 20 m/s, Qobustan, Şəmkirdə 18 m/s, Kəlvəzdə 17 m/s, Xaçmazda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 38 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Qeyd edək ki aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir 33-38 m/s-dək çatacağı, 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!