“Qol vuracağımı yuxumda görmüşdüm”

saytların hazırlanması

Evə çatdırılma

“Qol vuracağımı yuxumda görmüşdüm”

İdman

16 İyul 2026 16:02 65


Dünya Çempionatının yarımfinal matçıda millisinə qələbə gətirən qolu vuran Lautaro Martinez qarşılaşmadan sonra təəssüratlarını bölüşüb.

 “Yeni Sabah” xəbər verir ki, 28 yaşlı forvard oyundan öncə qol vuracağını yuxuda gördüyünü deyib:

 “İnanın, bunu yuxuda görmüşdüm. Aleksisə də demişdim ki, qol vuracağam. Ehtiyat oyunçular skamyasında Façu Medinaya da demişdim ki, meydana girəcəyəm və oyunu qazanacağıq. pizza hut

 Bu gün çox çətin idi. Qol mənə qismət oldu. Enzo da möhtəşəm qol vurdu. İndi bir az sakitləşəndən sonra deyə bilərəm ki, bu komanda nədən ibarət olduğunu yenə göstərdi.

 Onlar təxminən 60 dəqiqə yüksək təzyiq göstərdilər. Sonra artıq gücləri tükəndi. Qolu vurandan sonra geri çəkildilər və bu, bizə topu daha rahat çevirməyə imkan verdi.

 Meydanı genişləndirdik, sonda iki qol vurduq. Və üç il yarımdan sonra yenidən Dünya Kubokunun finalına yüksəldik”.

 Xatırladaq ki, mundialın yarımfinal görüşündə Argentina millisi İngiltərə üzərində 2-1 hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib. Onların finaldakı rəqibi İspaniya kollektivi olacaq.

 Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!