26 May - 00:08
Qonşuda vəziyyət ağırlaşdı: Yoluxanların 70 faizi Omikrondur

Qonşuda vəziyyət ağırlaşdı: Yoluxanların 70 faizi Omikrondur

Bölgə

21 Yan 2022 16:11


Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına təsdiqlənmiş yoluxma hallarının sayı 1419-a çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin məlumatında qeyd olunub.

Qurumun direktoru Amiran Qamkrelidzenin sözlərinə görə, "Omicron" ştamı artıq Gürcüstanda dominant ştama çevrilib və bütün yoluxma hallarının 70%-dən çoxunu təşkil edir.

O, qeyd edib ki, Gürcüstanda bu ştama ən yüksək yoluxma nisbəti Tbilisidə qeydə alınıb.

Belə ki, paytaxt şəhərində yoluxma hallarının 80%-nin Omicron ştamından qaynaqlandığı təxmin edilir.

Ümumilikdə yanvarın sonu, fevralın əvvəllərində Gürcüstanda yoluxma hallarının pik həddə çatacağı proqnozlaşdırılır.


Youtube kanalımız


Digər xəbərlər