"Rusiya Federasiyası Çaykovskini ləğv etməyə çalışdıqları Qərb ölkələrindən fərqli olaraq, dünya mədəniyyəti olmadan yaşamayacaq".
Yenisabah.az "TV Zvezda"ya istinadla xəbər verir ki, bunu Vladimir Putin Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tələbələri ilə görüşündə deyib.
Rusiya prezidenti müasir gəncliyin öz müqəddəratını təyin etməsi ilə bağlı sualı cavablandırarkən dünya mədəniyyətinin əsərlərinin ləğvi mövzusuna toxunub: pizza hut
"Biz kim olduğumuzu, haradan gəldiyimizi, bu müxtəlif dünyada bu gün kim olduğumuzu, gələcəyimizin nə olduğunu başa düşməliyik. Qərbin Rusiya ilə mübahisə edəcək çoxlu mövzusu var, lakin Çaykovskinin əsərini ləğv etməyi “düşünən” onlar olub. Qoy onlar Dostoyevskisiz və Tolstoysuz yaşasınlar, amma biz dünya klassikləri olmadan yaşamayacağıq".
Telegram kanalımız