Qubada ağır yol qəzası:  Ölən var
29 May 2020 10:31
406

Qubada ağır yol qəzası: Ölən var

Quba rayonunda avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, bu barədə məlumat “112” qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Quba rayonunun Ördüc kəndi ərazisində UAZ markalı minik avtomobili dərəyə aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər